BAKI, 3 oktyabr — Sputnik. Ölkədə Kiyevə hərbi dəstəyə qarşı çıxan iri müxalifət partiyası "Smer"in hakimiyyətə gəlməsi səbəbindən Ukrayna Slovakiyadan mühüm silah tədarükündən məhrum ola bilər.
"Newsweek" bu barədə xəbər verib.
Bu açıqlama ilə nəşrin şərhçisi Elli Kuk çıxış edib. Onun fikrincə, "Smer"in qələbəsi Rusiya üçün yaxşı xəbər, respublikadan hərbi yardım alan Ukrayna üçün isə həyəcan siqnalı olub.
Nəşrin müəllifi onu da qeyd edib ki, "Smer" fraksiyasının lideri Robert Fiko artıq Ukrayna Silahlı Qüvvələrinə silah tədarükünün dayandırılması barədə söhbət açıb.
Bundan əlavə, siyasətçi bildirib ki, Ukraynanın NATO-ya daxil olması ən pis qərar olacaq, çünki bu, gərginliyin artmasına gətirib çıxaracaq və 90-cı illərdə Rusiya ilə ABŞ arasında əldə edilmiş razılaşmaları pozacaq.