RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Ukrayna Silahlı Qüvvələrinin savadsızlığı Qərb tanklarını məhv edir

Döyüş maşınları minalanmış ərazilərə oradan keçid etmədən, kəşfiyyat aparmadan daxil olur. Nəticədə tanklar dayanan hədəflərə çevrilirlər.
Sputnik
BAKI, 3 oktyabr — Sputnik. Qərb ölkələrinin Kiyev rejiminə təhvil verdiyi tanklar daha çox Rusiya hərbçiləri tərəfindən məhv edilir. Lakin onların bəziləri Ukrayna Silahlı Qüvvələrinin orta səviyyədə istifadəsi nəticəsində məhv edilib.
Bunu zirehli texnika sahəsində ekspert, hərbi elmlər namizədi, ehtiyatda olan polkovnik Sergey Suvorov "TASS"a müsahibəsində bildirib.
Ukrayna ordusu tez-tez tanklardan lazımi dəstək olmadan istifadə edir. Döyüş maşınları minalanmış ərazilərə oradan keçid etmədən, kəşfiyyat aparmadan daxil olur. Suvorovun sözlərinə görə, nəticədə tanklar dayanan hədəflərə çevrilirlər. Rusiya Silahlı Qüvvələri bundan istifadə edərək, artilleriya, aviasiya, tank əleyhinə sistemlər, tanklar, qumbaraatanlar və kamikadze dronları ilə texnikanı məhv edir.
Bundan əlavə, tanklar tez-tez palçığa ilişib qalırlar. Səbəb hərbçilərin tankların tırtıl bantının üərindən asfaltda irəliləmək üçün nəzərdə tutulan "ayaqqabı"ları çıxarmamasıdır.
Daha əvvəl Ukrayna qoşunlarının Qərbdən təchiz edilmiş "Leopard" tanklarının üçdə birini itirdiyi bildirilmişdi. Onların effektivliyi gözləniləndən daha az əhəmiyyətli olub.