RUSİYA

Şoyqu: Rusiya sülhməramlıları Qarabağda daha çox itkilərin olmasının qarşısını aldı

Rusiya Müdafiə naziri bildirib ki, sülhməramlılar ümumilikdə 98 mindən çox mülki şəxsi "Dağlıq Qarabağ"dan Ermənistana təxliyə ediblər, onlardan 32 minə yaxını uşaqdır.
Sputnik
BAKI, 3 oktyabr — Sputnik. Rusiya sülhməramlılarının "Dağlıq Qarabağ"dakı hərəkətləri daha çox itkilərin qarşısını almağa kömək edib. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki,
"Mən bizim uşaqlara - Rusiya sülhməramlılarına daha çox itki verməməyə kömək edən fədakar və peşəkar hərəkətlərinə görə təşəkkür edirəm", - Şoyqu Müdafiə Nazirliyinin rəhbərliyi ilə konfrans zamanı deyib.
Onun sözlərinə görə, Rusiya hərbçiləri Xankəndidə yanacaq anbarında baş verən yanğının (100-dən çox adam ölüb, bir çoxu itkin hesab edilir - red.) söndürülməsində iştirak edib, xəsarət alanlara və ehtiyacı olanlara tibbi yardım göstəriblər. Sülhməramlıların xüsusi tibbi dəstəsinə müxtəlif ixtisaslar üzrə təcrübəli həkimlər daxildir.
O, həmçinin qeyd edib ki, sülhməramlılar ümumilikdə 98 mindən çox mülki şəxsi "Dağlıq Qarabağ"dan Ermənistana təxliyə ediblər, onlardan 32 minə yaxını uşaqdır.
"İnsan itkisinin qarşısını almaq üçün mülki şəxslərin təxliyəsi və müşahidə məntəqələrində və sülhməramlıların baza düşərgəsində yerləşdirilməsi qərara alınıb. Ağdam və Laçın marşrutları ilə təxminən üç yüz tona yaxın humanitar yük çatdırılıb", - Şoyqu bildirib.
O bildirib ki, münaqişənin gərginləşməsi şəraitində Rusiya sülhməramlı kontingenti ona həvalə edilmiş vəzifələri yerinə yetirməkdə davam edib və onların vasitəçiliyi ilə münaqişə tərəfləri tam atəşkəs barədə razılığa gəliblər.