RUSİYA

Rusiya şirkətləri neftin qiymət həddi ilə bağlı fərmana əməl edir - Novak

Rusiya Prezidenti Vladimir Putin 2022-ci ilin dekabrın 27-də neftin yüksək qiymət həddi ilə bağlı cavab tədbirləri haqqında fərman imzalayıb.
Sputnik
BAKI, 3 oktyabr — Sputnik. Rusiya şirkətləri neftin ən yüksək qiymət həddi ilə satılmaması haqqında fərmana əməl edir, Rusiyadan xammal bazar qiymətləri ilə satılır. Bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə bildirib.
"Əvvəlcə qiymət həddi tətbiq olunanda dedik ki, bu işləməyən alətdir. Bu, istehlakçılar üçün, bütün qlobal enerji bazarı üçün vəziyyəti daha da pisləşdirir. Rusiya prezidentinin tədarükün yerinə yetirilməməsi ilə bağlı xüsusi fərmanı verilib. Müqavilələrdə qiymətlərin yuxarı həddi ilə bağlı şərtlər nəzərdə tutulur.Bizim şirkətlər fərman çərçivəsində fəaliyyət göstərir, biz buna ciddi nəzarət edirik. Bu gün biz görürük ki, Brent qiymətləri artıb, endirimlər azalıb. Məhsullarımız bazar qiymətləri ilə, qiymət həddindən yuxarı satılır", - deyə Novak bildirib.
2022-ci ilin dekabrın 27-də Rusiya Prezidenti Vladimir Putin neftin yüksək qiymət həddi ilə bağlı cavab tədbirləri haqqında fərman imzalayıb. Sənəd Rusiyadan neft və neft məhsullarının müqavilədə qiymət həddi təyin edən ölkələrə tədarükünü qadağan edir. Burada neftin qiymət həddi mexanizmi nəzərdə tutulduğu halda, onun xarici alıcılara tədarükü də qadağandır.
Eyni zamanda, Rusiya neftinə yüksək qiymət həddi tətbiq edən ölkələrə Rusiyadan neft və neft məhsullarının tədarükü yalnız xüsusi qərar əsasında mümkündür.