BAKI, 3 oktyabr — Sputnik. Rusiyada makroiqtisadi sabitlik hökumət və Mərkəzi Bank tərəfindən tam təmin edilir.
Bunu Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
Qeyd edək ki, çərşənbə axşamı səhər Moskva birjasında dolların məzənnəsi avqustun 14-dən bəri ilk dəfə olaraq 100 rublu ötüb.
"Makroiqtisadi sabitlik həm makro tənzimləyicinin, həm də hökumətin fəaliyyəti ilə tam təmin edilir, ona görə də burada narahatlığa əsas yoxdur", – deyə Peskov jurnalistlərə bildirib.