RUSİYA

"Müharibə manyakı": Puşkov İngiltərənin yeni müdafiə nazirinə sərt cavab verib

Puşkov İngiltərə müdafiə nazirini Ukraynaya əsgər göndərmək fikrinə görə tənqid edib.
Sputnik
BAKI, 3 oktyabr — Sputnik. Rusiyalı senator Aleksey Puşkov İngiltərənin yeni müdafiə naziri Qrant Şepsi Ukraynaya ingilis əsgərlərinin göndərməyi təklifinə görə tənqid edib.
Bu barədə Rusiya mediası senatorun "Telegram" kanalında qeyd etdiyinə istinadən xəbər verib.
"İngiltərənin yeni müdafiə naziri Qrant Şeps adlı bu müharibə manyakı ingilis qoşunlarını Ukraynaya döyüşmək üçün göndərmək istəyir. Londonda ağılsızlıq dərəcəsi getdikcə artır", - deyə Puşkov yazıb.
Xatırladaq ki, Şeps ingilis təlimatçılarının Ukrayna Silahlı Qüvvələrinin (USQ) hərbçilərinə birbaşa təlim keçmələri üçün Ukraynaya göndərilməsini təklif edib. O, həmçinin İngiltərə firmalarını Ukrayna ərazilərində zavodlar açmağa da çağırıb.
Rusiya Federasiyasının Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev İngiltərə Nazirliyinin bu fikirlərinə Ukraynadakı ingilis təlimatçıların Rusiya Silahlı Qüvvələri (RSQ) üçün qanuni hədəfə çevriləcək adi NATO mütəxəssislərinə çevriləcəkləri ilə bağlı xəbərdarlıqla cavab verib.
Maraqlıdır ki, Medvedevin sözlərindən çox qısa müddət sonra İngiltərənin Baş naziri Rişi Sunak açıqlama verərək, Şepsin sözlərinin sadəcə sözlər olduğunu və heç kimin Ukraynaya ingilis əsgərlərini göndərmək niyyətində olmadığını söyləyib.