ELM

Fizika üzrə Nobel mükafatının qalibləri açıqlanıb

Qaliblər mükafata materiyada elektron dinamikasının öyrənilməsi üçün attosaniyəlik işıq impulsları yaradan eksperimental üsullara görə layiq görülüblər.
Sputnik
BAKI, 3 oktyabr — Sputnik. Bu gün İsveçdə Fizika üzrə Nobel mükafatının qalibi elan olunub. Fizika üzrə mükafatın qalibi İsveç Kral Akademiyası tərəfindən elan edilib.
Qaliblər Pierre Agostini, Ferenc Krausz və Anne L"Huillier olub.
Onlar mükafata materiyada elektron dinamikasının öyrənilməsi üçün attosaniyəlik işıq impulsları yaradan eksperimental üsullara görə layiq görülüblər.
Nobel Mükafatı nə vaxt yaranıb?
Nobel Mükafatı ilk dəfə ilk Alfred Nobelin vəsiyyətnaməsi ilə 27 noyabr 1895-ci il tarixli və 30 dekabr 1896 tarixində Stokholmda yaradılıb. İlk Nobel Mükafatları 1901-ci il tarixində verilməyə başlanmışdır. Nobel mükafatının məbləği təxminən $1,4 mln.-a bərabərdir.