RUSİYA

Avropa ayaqqabı brendləri Rusiya bazarına geri dönür

Söhbət Alman şirkəti "Ara Group", İspaniyanın "Axa Shoes" və İtaliyanın "Igi and Co" şirkətlərinin məhsullarından gedir.
Sputnik
BAKI, 4 oktyabr — Sputnik. Avropa brendləri Rusiya bazarlarına geri dönməyə başlayıblar.
Bu barədə "İzvestiya" qəzetinin müxbirinə "Ayaqqabılar İttifaqı"ndakı mənbə bildirib.
Söhbət Alman şirkəti "Ara Group", İspaniyanın "Axa Shoes" və İtaliyanın "Igi and Co" şirkətlərinin məhsullarından gedir. Rus alıcılar "orta plus" və "premium" qiymət kateqoriyalarında məhsul seçə bilərlər.
Belə ki, insayderlərin məlumatına görə, ayaqqabı kolleksiyaları Rusiya Federasiyasına 2023-cü ilin fevral və avqust aylarında gəliblər. Gedən 100 şirkətdən 15-i geri dönüb. Avropa brendlərini "Rendez-Vous" mağazalarında və aparıcı marketpleyslərdə əldə etmək olar.