DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Armen Qriqoryan İran Prezidenti ilə nə danışıb?

Qriqoryan qeyd edib ki, görüşdə Ermənistan-İran ikitərəfli münasibətlərinə toxunulub, bu əlaqələrin multidissiplinar inkişafının davamlılığı vurğulanıb.
Sputnik
BAKI, 3 oktyabr - Sputnik. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İran Prezidenti İbrahim Rəisi ilə görüşüb.
Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi "Facebook" hesabında bildirib.
Onun sözlərinə görə, görüş zamanı regional təhlükəsizlik vəziyyəti müzakirə edilib və sərhədlərin bütövlüyü prinsipinə riayət edilməsi və münaqişələrin dialoq yolu ilə həll edilməli olduğu vurğulanıb.
Görüşdə Ermənistan-İran ikitərəfli münasibətlərinə toxunulub, bu əlaqələrin multidissiplinar inkişafının davamlılığı vurğulanıb.