SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Almaniya XİN Azərbaycanın qərarını alqışladı

Almaniya XİN bildirib ki, yalnız bu Azərbaycanın regiona bütün sakinlərin və geri qayıdanların hüquqlarını qorumaq vədinə inam yarada bilər.
Sputnik
BAKI, 3 oktyabr — Sputnik. Almaniya Xarici İşlər Nazirliyi Azərbaycanın BMT müşahidəçilərini Qarabağa buraxmaq qərarını alqışlayıb və onların regionda daimi iştirakının zəruriliyini bəyan edib. RİA Novosti xəbər verir ki, müvafiq bəyanat Almaniya Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsindəki səhifəsində yayımlanıb.
Oktyabrın 1-də BMT missiyası demək olar ki, son 30 il ərzində ilk dəfə Qarabağa səfər edib.
"Azərbaycanın ilk dəfə olaraq BMT müşahidəçilərinin Qarabağa daxil olmasına icazə verməsi müsbət addımdır. Onların daimi iştiraka ehtiyacı var, çünki yalnız bu Azərbaycanın regiona bütün sakinlərin və geri qayıdanların hüquqlarını qorumaq vədinə inam yarada bilər", - bəyanatda deyilir.
Xatırladaq ki, Qarabağa səfər edən BMT missiyası yekun bəyanat yayıb.
Missiya baş çəkdiyi şəhərdə mülki ictimai infrastruktura, o cümlədən xəstəxanalara, məktəblərə və yaşayış binalarına, mədəni və dini strukturlara heç bir ziyanın qeydə alınmadığını bildirib.
Missiyaya BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva rəhbərlik edib.
Komandada həmçinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Koordinasiya şöbəsinin direktoru Rameş Rajasingham, eləcə də Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, BMT-nin Qaçqınlar üzrə Agentliyi, UNICEF və Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri, habelə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi, BMT-nin Rezident Əlaqələndirici Ofisi və BMT Təhlükəsizlik Departamentindən texniki qrup olub.
Ağdamdan səfər edən missiya Xankəndi şəhərində olub, burada yerli əhali və müvafiq tərəflərlə görüş keçirilib, səhiyyə və təhsil müəssisələrinin vəziyyəti ilə yaxından tanış olunub.
Şəhərin bəzi yerlərində onlar mülki ictimai infrastrukturda, o cümlədən xəstəxanalarda, məktəblərə və yaşayış binalarda, mədəni və dini strukturlarda heç bir ziyan qeydə almayıblar.