BAKI, 2 oktyabr - Sputnik. Ermənilər Xankəndidən çıxarkən şəhər xəstəxanasının morqunda 16 meyiti aparmayaraq orada saxlayıblar.
Bunlar Xankəndidə vəfat etmiş şəxslərin meyitləridir.
Report-un məlumatına görə, faktı Azərbaycanın müvafiq orqanları aşkarlayıb.
Ölkəmiz humanizm nümayiş etdirərək meyitləri Ermənistana aparılması üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.