BAKI, 2 oktyabr — Sputnik. Ermənistanın KTMT-dən mümkün çıxışı ilə bağlı bəyanatları suveren seçimdir.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Moskva Rusiya-Ermənistan münasibətlərinin pozulmayacağına ümid edir.
"Lakin Moskva ümid edir ki, heç bir müvəqqəti administrasiya bu ölkələr arasında münasibətləri pozmayacaq", - Rusiya XİN başçısı qeyd edib.
27.09.23, 15:50
Vaşinqton və Brüssel İrəvana təsir edir ki, KTMT-dən çıxsın - Zaxarova
Vaşinqton və Brüssel İrəvana təsir edir ki, Ermənistan rəhbərliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq barədə qərar qəbul etsin. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.
"Daxil olan məlumatlara görə, Vaşinqton və Brüssel Ermənistan rəhbərliyini KTMT-dən çıxmağa, NATO ilə əməkdaşlığı sürətləndirməyə, hərbi-texniki əməkdaşlıq proqramını yenidən istiqamətləndirməyə və Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini nəzərə almadan sülh müqaviləsi imzalamağa inandırır", - deyə Zaxarova bildirib.
Zaxarova deyib ki, Rusiya Ermənistanla müttəfiqlik münasibətlərinə həmişə hörmət ilə yanaşıb, onların kəskinləşməsinin təşəbbüskarı və səbəbkarı olmayıb və olmayacaq.
"Rusiya öz missiyasını yerinə yetirməkdə davam edir. Bizim sülhməramlılarımız regiondadır. Bu, bizim niyyətimizin və real həqiqi münasibətimizin ən yaxşı təsdiqidir. Biz Ermənistanla müttəfiqlik münasibətlərinə həmişə diqqətlə yanaşmışıq, heç vaxt onların kəskinləşməsinin təşəbbüskarı olmamışıq. ", - əlavə edib.