BAKI, 2 oktyabr — Sputnik. Hazırda ölkə üzrə 7, həmçinin Qarabağ iqtisadi rayonu üçün 4 şəhərin baş planı hazırlanmaqdadır.
Bunu Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda ilk dəfə keçirilən Ümumdünya Məskunlaşma Günü ilə bağlı tədbirdə deyib.
"Bildiyiniz kimi hazırda Qarabağ bölgəsində olduqca böyük tikinti-quruculuq işləri aparılır", - o əlavə edib.