RUSİYA

Peskov Kişinyovun Rusiya qazından imtinasına reaksiya verdi

Moldovanın energetika naziri Viktor Parlikov bildirib ki, ölkəsi Avropa bazarında daha ucuz qiymətə yanacaq ala bildiyi üçün "Qazprom"dan qaz almayacaq.
Sputnik
BAKI, 2 oktyabr — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kişinyovun Rusiya qazından imtina ilə bağlı bəyanatını şərh edib.
Peskov bildirib ki, spot bazar dəyişkəndir, bu gün Moldova qazı daha ucuz ala bilər, amma sabah o, boru kəməri qazından qat-qat baha ola bilər.
Moldovanın energetika naziri Viktor Parlikov bildirib ki, ölkəsi Avropa bazarında daha ucuz qiymətə yanacaq ala bildiyi üçün "Qazprom"dan qaz almayacaq.
"Spot bazar elədir ki, bu gün boru qazından daha ucuz ola bilər, amma sabah boru qazından qat-qat baha ola bilər. Biz burada müəyyən perspektivdə orta göstəricilərə əsasən hesablama aparmalıyıq", - Kreml rəsmisi əlavə edib.