RUSİYA

MDB İnsan Hüquqları Komissiyasının iclası noyabrda keçiriləcək - Moskalkova

MDB-nin İnsan Hüquqları Komissiyası insan hüquqlarının dövlətlərarası müdafiəsinə yeni yanaşmalar hazırlamağa imkan verəcək inteqrasiya platformasıdır.
Sputnik
BAKI, 2 oktyabr — Sputnik. MDB-nin İnsan Hüquqları Komissiyasının ilk iclası noyabrın sonunda Minskdə keçiriləcək. Bunu Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova bildirib.
"Bu gün MDB-nin İnsan Hüquqları Komissiyasının yenidən işə başlayır. O, AİHM-ə bənzəmir, lakin buna baxmayaraq, bu, insan hüquqlarının dövlətlərarası müdafiəsinə yeni yanaşmalar hazırlamağa imkan verəcək inteqrasiya platformasıdır. Minskdə ilk görüş noyabrda olacaq. Ümid edək ki, bu, irəliyə doğru atılmış qəti addım olacaq", - deyə Moskalkova bildirib.