BAKI, 3 oktyabr — Sputnik. Bakıda Beynəlxalq Astronavtika Konfransı təşkil olunub. Oktyabrın 2-dən 6-dək davam edəcək konfrans çərçivəsində təşkil olunan sərgidə dünyaca məşhur şirkətlər öz məhsullarını nümayiş etdiriblər.
Sərgi çərçivəsində öz məhsullarını burada təqdim edən şirkətlər və onların fəaliyyəti haqda məlumat aldıq
Oyuncaq olsa da uçur, uşaqlar öz raketlərini yaradırlar
Türkiyəyə məxsus şirkəti təmsil edən, təyyarə mühəndisi olan Enes Cankat qeyd edir ki, onlar "TexnoFest"də qalib olduqdan sonra öz şirkətlərini yaradıblar: "Hazırda burada uşaqlar üçün yaratdığımız bir raketi nümayiş etdiririk. Bu oyuncaq raket müxtəlif hissələrdən ibarətdir və uşaqlar onu özləri yığmalıdır. Bu raketlər oyuncaq olsa da, 50 metr məsafəyədək uça bilirər. Biz bu raketləri Azərbaycana satmağı düşünürük".
Enes Cankat - Türkiyə təmsilçisi
© Sputnik / Nigar İskender
Türkiyənin digər təmsilçisi olan şirkət isə raketlər üçün mühərriklər hazırlayır. Bu barədə bizə Ömər Uçar məlumat verib, bildirib ki, hələlik ki, bu mühərriklərin yalnız Türkiyə daxilində satışı təşkil olunur.
Çexiya isə burada müxəlif peyk şirkətləri ilə təmsil olunur.
Taylanddan olan şirkətlər isə xüsusi peyklər və cihazlaı ilə yer kürəsində müxtəlif təsərrüfat sahələrini öyrənə bilirlər. Bunun üçün həmin cihazlar səmadan müxtəlif kadrları çəkərək qeydə alırlar.
Amerikanın "Luna Outpost" şirkətinin təmsilçisi, Bakı Dövlət Universitetinin təmsilçisi və hazırda Texas Universitetində təhsil alan həmyerlimiz Fəxri Babayev bizə öz fəaliyyətləri haqda geniş məlumat verib, bildirib ki, onlar "Map" (xəritə) adlanan xüsusi bir cihaz hazırlayıblar: "O dekabrda Ayın cənub yarımkürəsinə enəcək və burada müxtəlif faydalı qazıntıları öyrənəcək, gələcəkdə orada yaşayacaq canlıların həyat fəaliyyətinin təşkili üçün tədqiqat aparacaq. Cihazın aya enməsindən sonra biz Ayda vəziyyətin necə olduğunu, temperatur və s haqda ətraflı məlumat əldə edəcəyik".
Bakıda Beynəlxalq Astronavtika Konfransında
© Sputnik / Nigar İskender
"Biz bu cihazın yanında istilik verən xüsusi enerji cihazı hazırlamışıq. Çünki bu "Map"lərin hərəkəti üçün enerji, istilik, müəyyən temperatur lazımdır. Bununla Günəş enerjisi istiliyə, əldə olunan istilikldən elektrik əldə edərək "Map"lərin fəaliyyətini quracağıq", - deyə o əlavə edib.
Amerikanın Luna Outpost şitkətində çalışan həmyerlimiz Fəxri Babayev
© Sputnik / Nigar İskender
Avstraliya şirkətini təmsil edən Karlos Esbeje bildirir ki, onların "İspace" şirkəti ayın üzərində müxtəlif cihazlar vasitəsilə fərqli tədqiqatlar aparır: "Biz ayda nə qədər metal, su kütləsi, oksigen var, bunu öyrənirik. Məsələn, araşdırmalarımız nəticəsində bəlli olub ki, Ayda 2 milyard ton su var".
Sərgidə dünyanı müşahidə edən kameralar, peyklər də izləyicilər tərəfdə böyük maraqla qarşılanıb.