İQTİSADİYYAT

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları artıb

Həmçinin, bu il oktyabrın 1-nə Azərbaycanda pul bazası 17 milyard 896,2 milyon manat təşkil edib.
Sputnik
BAKI, 2 oktyabr — Sputnik. Bu il oktyabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 9 milyard 775,3 milyon ABŞ dolları təşkil edib.
Mərkəzi Bankın məlumatına görə, bu, sentyabrın 1-i ilə müqayisədə 4,4 % çoxdur.
AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 8,7 %, son 1 ildə isə 27,5% artıb.
Həmçinin, bu il oktyabrın 1-nə Azərbaycanda pul bazası 17 milyard 896,2 milyon manat təşkil edib.
Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 2,5 %, son 1 ildə isə 10,8 % artıb.