Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Şakira dələduzluqda ittiham olundu

Dünyaca məşhur müğənni dələduzluqda ittiham olunub. Şakira 2012-2014-ci illərdə vergidən yayındığı bilinir. Müğənninin məhkəməsi gələn ilin noyabrın 20-də başlayacaq
Sputnik
BAKI, 1 oktyabr - Sputnik. Müğənni Şakiranı 14,5 milyon avroluq dələduzluqda ittiham ediblər. Bununla bağlı İspaniya prokurorluğu araşdırma aparacaq.
Məlumata görə, ulduz 2018-ci il üçün fərdi gəlir vergisi və kapital vergisi ilə bağlı 6 milyon avronu keçən qanun pozuntularında ittiham olunub. Həmçinin Şakira 2012-2014-cü illərdə vergidən yayınmaqda da şübhəli bilinir. Ümumi məbləğ 14,5 milyon avrodur.
Qeyd edək ki, müğənninin məhkəməsi 2024-cü il noyabrın 20-də başlayacaq.