DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qırğızıstanda güclü zəlzələ olub

Yeraltı təkanların episentri Qazaxıstanın Almatı şəhərindən 122 km cənubda qeydə alınıb.
Sputnik
BAKI, 1 oktyabr — Sputnik. Qırğız Respublikasının ərazisindəki İssık-Kul gölünün cənubunda 6,2 maqnitudalı zəlzələ olub.
Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji təcrübə-metodik ekspediyası məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri Qazaxıstanın Almatı şəhərindən 122 km cənubda qeydə alınıb. Zəlzələnin dərinliyi 10 km olub.
Seysmoloqların verilənlərinə görə, Bakı vaxtı ilə saat 01:30-da qeydə alınan təbiət hadisəsi Qazaxıstanın ən iri şəhərində 2-3 bal civarında hiss olunub.
Dağıntı və tələfat barədə məlumat verilməyib.