BAKI, 1 oktyabr — Sputnik. ABŞ-ın Ukraynaya tədarük etdiyi Amerikanın "Abrams" tankları, əgər düzgün texniki qulluq edilməsə, partlaya bilərlər.
Bunu Fransanın "Le Figaro" qəzetinə müsahibəsində "Leclerc" tank batalyonunun keçmiş komandiri Yan Buaven deyib.
Buavenin fikrincə, tankın əsas çatışmazlığı onun texniki xidmətinin çətinliyidir. O qeyd edib ki, nəqliyyat vasitəsini düzgün idarə etmək üçün hərbi qulluqçular xüsusi təlim keçməlidirlər, əks halda tankın mühərriki onunla işləmə qaydalarına düzgün əməl olunmadığından partlaya bilər.
"Amerika tankının əsl çatışmazlığı tələb olunan yüksək texniki xidmət və maddi təminatıdır. Turbinlərə xidmət göstərmək dizel mühərriklərinə xidmət göstərməkdən daha çox təlim keçmiş kadr tələb edir", - deyə o, fikrini bildirib.
Bundan əlavə, Buaven Amerika maşınının başqa bir çatışmazlığını da vurğulayıb - onun sözlərinə görə, tankın sursat yükünün zəif hermetizasiyası var. Belə ki, bu hissəyə bir mərmi dəyərsə, "Abrams" "vəhşi nərilti ilə partlayacaq".
Bundan əvvəl Pentaqonun rəhbərinin keçmiş müşaviri Duqlas Makqreqor Rusiya Silahlı Qüvvələrinin Amerika tərəfinin Ukraynaya verdiyi "Abrams" tanklarını hava zərbələri ilə məhv edəcəyini bildirmişdi.