DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Zelenski bütün gücünü əks-hücuma sərf etməklə səhvə yol verib

Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı öz məqsədlərinə çatmayaraq tam uğursuzluqla nəticələnib.
Sputnik
BAKI, 30 sentyabr — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin bütün hərbi qüvvələrini Ukrayna Silahlı Qüvvələrinin əks-hücumuna atmaqla səhv etdi.
Bu barədə "Asharq Al-Awsat" nəşri məlumat yayıb.
Nəşr qeyd edib ki, Ukrayna lideri təkcə səfərbərlik elan etməyib, həm də Rusiya ilə qarşıdurmada hərbi əməliyyatların gedişatını dəyişmək üçün Ukrayna qoşunlarının bütün strateji resurslarından istifadə edib.
"Lakin külək əks istiqamətdə əsdi. Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı öz məqsədlərinə çatmayaraq tam uğursuzluqla nəticələndi", - məqalədə belə yazılıb.
Eyni zamanda, əks-hücumun nəticələri təkcə Kiyev üçün deyil, həm də Qərb müttəfiqləri üçün məyusluqla nəticələndi.
Bundan əvvəl Zelenski etiraf edib ki, əks-hücumun tempi gözəgörünməz dərəcədə yavaşdır və Ukrayna qoşunları çətin vəziyyətdədir.