DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

NYT: Ukrayna əks-hücumu davam edərsə, məğlub olacaq

İcmalçı bildirib ki, Rusiyanın Ukrayna üzərində qələbəsi həm də ABŞ üzərində qələbə demək olacaq.
Sputnik
BAKI, 30 sentyabr - Sputnik. Əgər Ukrayna komandanlığı vaxtında dayanmayıb Ukrayna Silahlı Qüvvələrinin (USQ) əks-hücumunu davam etdirərsə, o zaman Ukrayna ordusu məğlubiyyətlə üzləşəcək.
Bunu icmalçı Devid Frenç “The New York Times” qəzetinin məqaləsində deyib.
Onun fikrincə, Ukrayna komandanlığı əsl irəliləyişin yaxında olduğuna inanaraq, hücumu uzun müddət irəli sürmək və əsgərləri məğlubiyyətə sürükləmək niyyətindədir.
“1918-ci ildə, Birinci Dünya Müharibəsinin sonuna yaxın Almaniyanın yaz hücumunu xatırlayın. Alman ordusu müttəfiqlərə zərbə ardınca zərbələr endirib, məhdud uğurlar qazanıb, lakin bu prosesdə özünü qansızlaşdırıb və bu da onu zəiflədib”, - nəşr yazır.
Frenç həmçinin Qərbin dəstəyinin zəifləməsi səbəbindən USQ-nin məğlubiyyətinin baş verə biləcəyini də istisna etməyib.
"Bu o deməkdir ki, Rusiyanın Ukrayna üzərində qələbəsi həm də ABŞ üzərində qələbə demək olacaq", - deyə müəllif fikrini yekunlaşdırıb.
“Le Monde” qəzeti bu yaxınlarda qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının uğursuzluğu Vladimir Zelenskinin siyasi mövqeyini pisləşdirir.
Həmçinin “Nyu-York Times” da Kiyevin USQ-nin əks hücumunu ləngidərək ciddi risk aldığını söyləyib.