BAKI, 30 sentyabr — Sputnik. Amerikalı sahibkar İlon Mask bildirib ki, əgər o, "Twitter" sosial şəbəkəsini əldə etməsəydi, Kanada parlamentində ukraynalı nasist Yaroslav Hunkanın şərəfləndirilməsi əhvalatı ictimaiyyətə çatdırılmayacaqdı.
"Kanadalı nasistin əhvalatı beləcə üzə çıxdı. MSM (mainstream media, əsas media - red.) buna məhəl qoymamağa çalışdı. Alim bu platformada xəbər verməsəydi, dünya bundan xəbərsiz olacaqdı, çünki (Kanadanın baş naziri) Trüdo hadisəni "Rusiya dezinformasiyası" adlandıraraq diqqəti əhvalatdan yayındırmağa çalışdı. Çox güman ki, köhnə "Twitter" bunu senzura edərdi", - X sosial şəbəkə istifadəçilərindən biri belə yazıb. Keçən il sosial şəbəkəni alan Mask onun mesajının altında "bəli" yazıb.
Ottava Universitetinin politoloqu İvan Katçanovski, zala ruslara qarşı mübarizənin veteranı kimi təqdim olunaraq alqışlanan 98 yaşlı Yaroslav Hunkanın Vladimir Zelenskinin səfəri şərəfinə Kanada parlamentinə dəvət ilə əlaqədar hadisəyə diqqət çəkən ilk şəxs olub.
Alim Hunkinin əslində Ukrayna millətçilərindən ibarət olan və yalnız Qırmızı Ordu ilə döyüşməyən, həm də yəhudilərə, polyaklara, belaruslara və slovaklara qarşı vəhşiliklərlə fərqlənən SS qoşunlarının "Qalisiya" diviziyasının döyüşçüsü olduğuna dair dəlillər göstərdi və təqdim etdi. Katçanovskinin yazdığı kimi, onun şərhinə ilk cavab verən nəşr "Forward" qalmaqal haqqında məlumat verən ilk Qərb mediası oldu. Bundan sonra isə əhvalat beynəlxalq nəşrlərin səhifələrində geniş yayıldı.
Kanadanın baş naziri Castin Trüdo daha sonra Ukrayna nasistini şərəfləndirən "dəhşətli səhvə" görə üzr istəyib, lakin buna görə məsuliyyəti öz üzərinə götürməkdən imtina edərək, vəzifədən gedən parlament sədrini günahlandırıb.