DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Antarktidada ilk dəfə olaraq çiçəklər görünüb

Qlobal istiləşmə artıq Antarktidada bitkilərin sayının əhəmiyyətli dərəcədə artmasına səbəb olub.
Sputnik
BAKI, 30 sentyabr — Sputnik. Alimlərin fikrincə, son əsrdə Antarktidada orta temperatur Selsi üzrə 2 dərəcə yüksəlib. Bu, təkcə buz sahəsinin azalmasına deyil, həm də çiçəklərin və digər bitkilərin böyüməsinə səbəb olub.
Müvafiq məqalə "Geophysical Research Letters" jurnalında dərc olunub.
"Son əsrdə temperatur yüksəlib, lakin bizim proqnozlarımıza əsasən, 2096-cı ildə temperaturun 2022-ci ilə nisbətən 6 dərəcə isti olacağı ehtimal edilir", - deyə tədqiqatçılar bəyan ediblər.
Alimlərin fikrincə, Antarktida ərazisinin yalnız, təxminən 1%-i bitkilərin böyüməsi üçün əlverişlidir, qalan hissəsi qalın buz və qar təbəqəsi ilə örtülüdür.
Bununla belə, mart ayına yaxın qitədəki hava demək olar ki, ərimə nöqtəsinə qədər istiləşir. Nəticədə buz qabığı azalmağa başlayacaq və Antarktika florası üçün yeni ərazilər azad ediləcək.
Qlobal istiləşmə artıq Antarktidada bitkilərin sayının əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Əsrin sonunda isə onların tutduğu ərazi üç dəfə arta bilər.
"Biz minlərlə kvadrat kilometrlik buzsuz ərazilərin artacağını və orada artan temperaturun və mövcud suyun böyümə üçün yeni mühitlər yaradacağını proqnozlaşdırırıq", - İqlimşünasların fikrincə bu, belə olacaq.
Daha əvvəl Antarktidada heç vaxt təsvir olunmayan yeni onurğasız növünün aşkar edildiyi bildirilmişdi.