BAKI, 29 sentyabr — Sputnik. Ermənistanın verdiyi vədləri yerinə yetirməsi, xüsusən də Zəngəzur dəhlizinin açılması, danışıqların nəticəyönümlü şəkildə davam etməsi sabitliyin bərqərar olması üçün yeganə yoldur.
Bu barədə Türkiyə milli müdafiə naziri Yaşar Gülər bildirib.
O qeyd edib ki. 44 günlük müharibəsindən sonra atəşkəs imzalansa da, Ermənistan lazımi şərtləri yerinə yetirmədi:
"Tərəflərin (Azərbaycan və Ermənistan liderlərinin - red. ) yaxın günlərdə İspaniyada baş tutacaq görüşü diqqətlə izləyirik. Biz hər zaman olduğu kimi "Bir millət - iki dövlət" anlayışı ilə can qardaşımız Azərbaycanın yanındayıq".