RUSİYA

Şoyqu: Dünyada vəziyyət MDB ölkələrini güclü silahlı qüvvələrə sahib olmağa məcbur edir

MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilib.
Sputnik
BAKI, 29 sentyabr - Sputnik. Dünyada mövcud vəziyyət Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan ölkələri güclü silahlı qüvvələrə malik olmağa məcbur edir.
Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu MDB Müdafiə Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.
Rusiyanın müdafiə naziri “qlobal gündəmi, əməkdaşlığın vəzifələrini”, həmçinin “qarşılıqlı əlaqənin genişləndirilməsi, onun ənənəvi istiqamətlərinin möhkəmləndirilməsi və yenilərinin axtarışı yollarını” müzakirə etməyə çağırıb”.
“Dünyadakı müasir hərbi-siyasi vəziyyət bizi bunu etməyə məcbur edir”, - deyə Şoyqu vurğulayıb.
Xatırladaq ki, bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin Avrasiya İqtisadi İttifaqı (Aİİ) və MDB ölkələrinin dövlət başçıları ilə görüşdə çıxış edərək dünya bazarına vahid ticarət markası altında çıxan birgə müəssisələrin yaradılmasını təklif edib.