HƏRBİ

Rusiyada MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilir

Tədbirdə quruma üzv 8 ölkənin uyğun qurumlarının, o cümlədən Azərbaycan və Ermənistanın Müdafiə nazirliklərinin rəhbərləri də iştirak edirlər.
Sputnik
BAKI, 29 sentyabr — Sputnik. Sentyabrın 29-da Rusiyanın Tula şəhərində MDB Müdafiə Nazirləri Şurasının iclası başlayıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın müdafiə nazirliklərinin nümayəndələri Tulaya gəliblər.
Bildirilib ki, tədbirdə quruma üzv 8 ölkənin uyğun qurumlarının, o cümlədən Azərbaycan və Ermənistanın Müdafiə nazirliklərinin rəhbərləri də iştirak edirlər.