RUSİYA

Rusiya BMT Təhlükəsizlik Şurasını "Şimal axını"ndakı terror aktını pisləməyə çağırıb

Qaz kəmərlərinə terror hücumu qlobal təhlükəsizliyə birbaşa təhdid olub və dağıdıcı nəticələrə gətirib çıxarıb.
Sputnik
BAKI, 29 sentyabr — Sputnik. Rusiya BMT Təhlükəsizlik Şurasının sədri Vasili Nebenzyanın bəyanat layihəsini hazırlayıb. Mətndə "Şimal axını" boru kəmərlərindəki təxribatı pisləməyə çağırış yer alıb.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
Bəyanat layihəsində, həmçinin qeyd olunur ki, qaz kəmərlərinə terror hücumu qlobal təhlükəsizliyə birbaşa təhdid olub və dağıdıcı nəticələrə gətirib çıxarıb.
Bundan əlavə, mətndə baş verənlərin şəffaf və qərəzsiz araşdırılmasının vacibliyi vurğulanıb. Rusiya tərəfi, həmçinin təəssüflənib ki, Danimarka, İsveç və Almaniyanın araşdırmaları kifayət qədər tez və səmərəli aparılmır və terror aktının bütün hallarını ortaya qoymur.
Bundan əvvəl BMT Təhlükəsizlik Şurasının sədri Vasili Nebenzya boru kəmərlərində törədilən terror aktı ilə bağlı açıqlama verib. O, "Şimal axını"nın zədələnməsinin arxasında Rusiyanın enerji resurslarına ehtiyacı olan Avropada bu yolla öz təsirini saxlamağa çalışan ABŞ-ın dayandığı fikrini bildirib.