DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qərb ölkələrinin Kiyevə qarşı səbri tükənir

BŞ Qərbin problemlərini həll etməyən, lakin bunun üçün maliyyə alan Kiyevdən bezib.
Sputnik
BAKI, 29 sentyabr — Sputnik. ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Millinin dəyişdirilməsi Qərb dövlətlərinin Ukrayna münaqişəsindən yorulmağa başladığı bir vaxta təsadüf edir.
Amerikanın "Politico" nəşri bu barədə yazıb.
Qəzet yazır ki, cümə günü komitəyə Millinin müavini Çarlz Braun sədrlik edəcək.
"Bu, mümkün olan ən pis vaxtda baş verə bilər, çünki Qərb Ukraynaya münasibətində həm silahlarının, həm də səbrinin tükəndiyini göstərir", - deyə nəşr yazıb.
Bundan əlavə, Braunun respublikaçıların Kiyevə əlavə yardımın göstərilməsinə etiraz etdiyi bir vaxtda vəzifəyə başladığı qeyd edilib.
Bundan əlavə, Varşava bəyan edib ki, Polşa hakimiyyəti yaxın gələcəkdə Ukraynaya "daha silah" göndərə bilməyəcək. Fransa hakimiyyəti də bu ssenarini istisna etməyib.
Bundan əvvəl politoloq Dmitri Juravlyov bildirmişdi ki, ABŞ Qərbin problemlərini həll etməyən, lakin bunun üçün maliyyə alan Kiyevdən bezib.