BAKI, 29 sentyabr - Sputnik. Livanda ötən gün baş verən erməni təxribatı nəticəsində 25 yerli polis xəsarət alıb.
Bu barədə Report xəbər verir.
Məlumata görə, sentyabrın 28-də Livanın paytaxtı Beyrutda Azərbaycan səfirliyi qarşısında bir qrup erməniəsilli şəxs təxribata cəhd göstərib.
Livanın Daxili İşlər Nazirliyinin təhlükəsizlik qüvvələri təxribatın qarşısını alaraq onların səfirliyə yürüşünə mane olub. Səfirliyin yerləşdiyi küçədə təhlükəsizlik qüvvələri barrikada quraraq izdihamın hərəkətinə imkan verməyib. Polis nümayişçilərin barrikadadan keçməsinə mane olduqda, etirazçılar təhlükəsizlik qüvvələrinə hücum ediblər.
Zorakılıq və dağıdıcı hərəkətlərin olduğu nümayiş zamanı erməniəsilli şəxslər təhlükəsizlik qüvvələrinə daş, çubuq, şüşə butulka və tərkibində rəngli boyalar olan əşyalar atıblar.
***
Erməni lobbisinin Livandakı təmsilçiləri Azərbaycan səfirliyinin qarşısında təxribata cəhd ediblər.
Rusiya KİV-lərinin yaydığı məlumata görə, təxribatın təşkilatçısı Ermənistanın "Daşnaksütyun" partiyasının yerli şöbəsi olub.
Onlardan bəziləri səfirlik binasına daş atmağa başlayıblar.
Polis etirazçıları səfirliyin qarşısından uzaqlaşdırıb. Bununla da ermənilərin növbəti təxribatının qarşısı alınıb.
31.08.23, 10:16
Ermənilər Azərbaycanın Livandakı səfirliyinə hücum ediblər: XİN nota verdi
Azərbaycanın Livandakı səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməniəsilli şəxslər səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar.
Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, hücum nəticəsində səfirliyin heyəti xəsarət almayıb.
Nazirlikdən bildirilib ki, hadisə barədə diplomatik nümayəndəliklərin mühafizəsinə cavabdeh olan quruma məlumat verilən kimi hüquq-mühafizə orqanları hadisə yerinə gəlsələr də, həmin vaxt təxribatçılar ərazidən uzaqlaşmağa müvəffəq olublar:
"Səfirliyə qarşı törədilən bu hücumla əlaqədar cinayətkarların aşkarlanması və həbs edilməsi məqsədilə, Livanın Xarici İşlər Nazirliyinə müvafiq nota təqdim edilib və aidiyyəti üzrə tədbirlər həyata keçirilir.
Hazırda səfirliyin mühafizəsi daha da gücləndirilib və törədilmiş cinayətlə bağlı araşdırma aparılır".