AZƏRBAYCAN XƏBƏRLƏRİ

Əli Əsədov Rusiya Hökuməti sədrinin müavini ilə görüşüb

Görüşdə Azərbaycan-Rusiya strateji tərəfdaşlığının yüksək səviyyəsindən məmnunluq ifadə edilib.
Sputnik
BAKI, 29 sentyabr — Sputnik. Sentyabrın 29-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Düşənbəyə işgüzar səfəri çərçivəsində Rusiya Federasiyası Hökuməti sədrinin müavini Marat Xusnullinlə görüşüb.
Bu barədə Sputnik Azərbaycan Nazirlər Kabinetindən xəbər verilib.
Görüşdə Azərbaycan-Rusiya strateji tərəfdaşlığının yüksək səviyyəsindən məmnunluq ifadə edilib.
Dövlət başçılarının ikitərəfli münasibətlərin bütün istiqamətlər üzrə ardıcıl inkişafını təmin etmək səylərinin əhəmiyyəti vurğulanıb.
Əməkdaşlığın müxtəlif sahələrində bir sıra layihələrin həyata keçirilməsi ilə bağlı konkret təkliflərə baxıldı.