BAKI, 29 sentyabr — Sputnik. Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində aksiz markası olmayan 43 000 qutu müxtəlif adda tütün məmulatları aşkarlanıb.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, əməliyyat Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş, üzərlərində müvafiq aksiz markası olmayan müxtəlif adda tütün məmulatlarının Bakıda realizə edilməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilib.
Faktla bağlı araşdırma aparılır.