RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya hərbi həkimləri XHƏ zonasında əsgərlər üçün səyyar əməliyyat otağı yaradıblar

Sputnik
BAKI, 28 sentyabr - Sputnik. Rusiya hərbi həkimləri xüsusi hərbi əməliyyat (XHƏ) zonasında əsgərlər üçün avtobusun içində səyyar əməliyyat otağı yaradıblar.
Bu barədə Rusiya mediası xəbər verib.
İdeya onlara Rusiya Silahlı Qüvvələrinin Zaporojye vilayətində sürətlə irəliləməsi səbəbindən gəlib. Əməliyyat otağıni beş-on dəqiqə ərzində yeni yerə apara bilmək və yaralılara tez yardım göstərmək olar.
“Yeni bir yerə necə daha sürətli gedəcəyimizi düşünürdük, bir növ hərəkət edə bilən əməliyyat otağının lazım olduğu qənaətinə gəldik və onlar bizə sadəcə bu avtobusu verdilər, biz də bu avtobusdan artıq əməliyyat otağı düzəltdik”, - deyə cərrah Roman Pleşçuk bildirib.
Qeyd olunur ki, XHƏ zonasında həkimlər təkcə hərbçilərə kömək etmirlər. Hərbçilərdən əlavə mülki şəxslər də yaralı gəlirlər.
“Son vaxtlar bunlar böyük zərərverici qabiliyyətə malik olan kaset sursatlarıdır”, - deyə cərrahiyyə şöbəsinin müdiri deyib.