BAKI, 28 sentyabr - Sputnik. Ermənistanın Roma statutunu ratifikasiya etmək qərarı Rusiyaya qarşı son dərəcə düşmənçilikdir.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Bu qərarlar bizə qarşı son dərəcə düşmənçilikdir", - deyə Rusiya prezidentinin mətbuat katibi qeyd edib.
Bu yaxınlarda məlum olub ki, Ermənistan parlamentinin komissiyası Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma statutunun ratifikasiyasını gündəmə daxil edib.
Daha sonra Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan bildirib ki, İrəvan Moskvanı BCM-nin Roma statutu ilə bağlı hüquqi qərar üçün ikitərəfli saziş imzalamağı təklif edib.