RUSİYA

Mişustin: Rusiya Qərb investorlarının qayıdışına ümid edir

Mişustin onu da vurğulayıb ki, bəzi oyunçuların gedişi digərlərinə boşalmış yeri genişləndirmək və zəbt etmək imkanı verib.
Sputnik
BAKI, 28 sentyabr — Sputnik. Rusiyanın baş naziri Mixail Mişustin xarici investorların Rusiya bazarına qayıtmasına ümid etdiyini bildirib. O, bu barədə Moskva Maliyyə Forumunda bildirib.
Onun sözlərinə görə, bir çox xarici investorlar öz hökumətlərinin təzyiqi ilə Rusiyanı tərk etmək məcburiyyətində qalıblar.
Mişustin deyib: "Biz bilirik ki, bir çox xarici investorlar layihələrini ölkəmizdə saxlamaq istəyirlər, onların bunda maraqlı olduğunu gördük".
O qeyd edib ki, Rusiya tərəfi onların vəziyyətinə anlayışla yanaşır. Baş nazir ümid edir ki, praqmatizm qalib gələcək və bu şirkətlər Rusiyaya qayıdacaqlar. Mişustin onu da vurğulayıb ki, bəzi oyunçuların gedişi digərlərinə boşalmış yeri genişləndirmək və zəbt etmək imkanı verib.
Bundan əvvəl KİV-lər Rusiyanın Qərb investorlarından əldə etdiyi milyardlarla dolları dondurduğu barədə xəbərlər yaymışdılar. Rusiya Mərkəzi Bankının və Moskva Birjasının məlumatına görə, Ukraynadakı münaqişədən əvvəl Rusiyaya xarici investisiyaların həcmi "əhəmiyyətli" idi və təxminən 150 milyard dollar qiymətləndirilirdi.