RUSİYA

Mişustin: Rusiya iqtisadiyyatı üçün ən çətin dövr keçdi

Mişustin əlavə edib ki, Qərbin tətbiq etdiyi sanksiyaları səbəbindən Rusiya iqtisadiyyatının dərin tənəzzülü ilə bağlı proqnozları özünü doğrultmayıb.
Sputnik
BAKI, 28 sentyabr - Sputnik. Rusiya iqtisadiyyatı üçün ən çətin dövr keçib.
Bu barədə RIA Novosti Rusiyanın baş naziri Mixail Mişustinin Moskva Maliyyə Forumunda çıxışı zamanı söylədiyinə istinadən xəbər verib.
"Rusiya iqtisadiyyatı genişmiqyaslı transformasiyadan keçir. Qərb tərəfdaşlarının əvvəlki iqtisadi əlaqələrinin birtərəfli şəkildə pozması bir çox məsələləri gərginləşdirsə də, ən çətin dövr keçib", - deyə RIA Novosti nazirin sözlərindən sitat gətirib.
Eyni zamanda Mişustin əlavə edib ki, Qərbin tətbiq etdiyi sanksiyaları səbəbindən Rusiya iqtisadiyyatının dərin tənəzzülü ilə bağlı proqnozları özünü doğrultmayıb.
Bu yaxınlarda Rusiyanın baş naziri Mixail Mişustin bildirib ki, Rusiyanın Ümumi Daxili Məhsulu (ÜDM) ilin əvvəlindən yeddi ay ərzində 2% artıb.