SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Kurtulmuş: Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh bütün regionun xeyrinədir

O bildirib ki, Azərbaycanın müharibədən başqa yolu yox idi.
Sputnik
BAKI, 28 sentyabr — Sputnik. "Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh bütün region ölkələrinin xeyrinədir".
“Report” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Avropa Parlamentinin Prezidentləri Konfransının 1-ci Sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanın müharibədən başqa yolu yox idi: “Beynəlxalq təşkilatlar öz işini görmədi. Ona görə də Azərbaycan 44 günlük müharibəyə başlamalı oldu. İnşallah, Qarabağ sonsuzadək Azərbaycanın olacaq”.
N.Kurtulmuş vurğulayıb ki, Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh bütün region ölkələrinin xeyrinədir: “Həmçinin, Zəngəzur dəhlizinin açılması təkcə bir dövlətə yox, bütün regiona lazımdır”.