RUSİYA

Kreml bölgədəki vəziyyəti diqqətlə izləyir - Peskov

Kremlin mətbuat xidmətinin rəhbəri bildirib ki, vəziyyəti diqqətlə izləyirlər və humanitar aspekt ən önəmlisidir.
Sputnik
BAKI, 28 sentyabr — Sputnik. "Kreml tanınmamış Dağlıq Qarabağ rejiminin mövcudluğuna son qoyulması ilə bağlı bəyanatı nəzərə alıb və vəziyyəti diqqətlə izləyir". Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Biz vəziyyəti nəzərə alırıq və diqqətlə izləyirik, ilk növbədə, humanitar aspekt ən önəmlisidir. Bizim sülhməramlılarımız insanlara kömək etməkdə davam edirlər, indi bir çox insanlar Ermənistan tərəfinə keçmək arzusunu bildirirlər. Onlara dəstək verilir, istəyən hər kəsə kömək edilir", - deyə Peskov jurnalistlərə bildirib.
O, həmçinin vurğulayıb ki, dərc olunmuş mətndə əhalinin reinteqrasiyası ilə bağlı mövcud sazişlərlə tanış olmaq zərurətindən bəhs olunur, Rusiya dəfələrlə bəyan edib ki, bundan sonra da Bakı ilə bütün təmaslarda humanitar aspektlərə diqqət yetirəcək.