RUSİYA

Çin digər ölkələri "Şimal axını"nda Rusiya ilə əməkdaşlığa çağırıb

Çin Xalq Respublikasının dünya təşkilatı yanında daimi nümayəndəsinin müavini Qen Şuan BMT Təhlükəsizlik Şurasının iclasında müvafiq bəyanatla çıxış edib.
Sputnik
BAKI, 28 sentyabr — Sputnik. Çin ölkələri "Şimal axını" qaz kəmərlərində təxribat hallarının araşdırılmasında Rusiya ilə əməkdaşlığa çağırıb.
Bu barədə "RİA Novosti" xəbər verib.
Çin Xalq Respublikasının dünya təşkilatı yanında daimi nümayəndəsinin müavini Qen Şuan BMT Təhlükəsizlik Şurasının iclasında müvafiq bəyanatla çıxış edib.
Diplomat vurğulayıb ki, Rusiya bu insidentlə bağlı əsas tərəflərdən biridir.
"Biz ölkələri Rusiya ilə fəal əlaqə saxlamağa, əməkdaşlığa çağırırıq və onunla qarşılıqlı əlaqədən imtina etməməyə səsləyirik", - deyə o qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da ABŞ Prezidenti Co Bayden administrasiyasından amerikalı jurnalist Seymur Herşin dərc etdiyi "Şimal axını" partlayışı ilə bağlı araşdırmanın bütün məqamlarına dair ətraflı cavab verməsini tələb edib.