DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bizim əsas vəzifəmiz yeni dünya müharibəsinin qarşısını almaqdır - Lukaşenko

Lukaşenko vurğulayıb ki, planetdə hörmət və tərəfdaşlıq prinsipləri əsasında seçilmiş dövlətlər arasında deyil, bütün dövlətlər arasında yeni, daha ədalətli və daha ağlabatan qarşılıqlı fəaliyyət qaydası qurulur.
Sputnik
BAKI, 28 sentyabr — Sputnik. Hazırda dünyanın çoxqütblülük istiqamətində müşahidə olunan hərəkəti geri dönülməz prosesdir. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
Lukaşenko Minskdə 11 xarici ölkənin səfirlərinin etimadnaməsini qəbul edərkən deyib: "Bu gün bütün dünya davamlı olaraq çoxqütblüliyə doğru irəliləyən beynəlxalq münasibətlərin yeni strukturunun formalaşdırılmasının çətin yolundadır. Bu proses dönülməzdir".
Belarus dövlətinin başçısına Anqola, Macarıstan, Misir, Zimbabve, İordaniya, Qazaxıstan, Kamboca, Kolumbiya, Uqanda, Filippin və Ekvatorial Qvineyanın səfirləri etimadnamələrini təqdim ediblər.
Lukaşenko vurğulayıb ki, planetdə hörmət və tərəfdaşlıq prinsipləri əsasında seçilmiş dövlətlər arasında deyil, bütün dövlətlər arasında yeni, daha ədalətli və daha ağlabatan qarşılıqlı fəaliyyət qaydası qurulur.
"Bir çox sarsıntılar yaşayan və dəfələrlə hərbi əməliyyatlar teatrına çevrilən Belarus tarixin dərslərini yaxşı öyrəndi. Bizim əsas vəzifəmiz yeni dünya müharibəsinin qarşısını almaqdır", - Belarus dövlətinin başçısı bildirib.
O, həmçinin qeyd edib ki, Belarus həmişə məsuliyyətli xarici siyasət yürüdür, lakin bütün Qərb dövlətləri bunu bəyənmir.