BAKI, 28 sentyabr — Sputnik. Rusiya Silahlı Qüvvələrinin (RSQ) effektiv taktikası sayəsində Ukrayna ordusu cəbhə xəttində çətin vəziyyətdə qalıb.
Bunu ABŞ-ın sabiq kəşfiyyatçısı Toni Şaffer "YouTube" kanalına müsahibəsində deyib.
O, Rusiya ordusunun artilleriyadan istifadə və dəqiq zərbələr endirmək üzrə bacarıqlarını əhəmiyyətli dərəcədə təkmilləşdirdiyini, həmçinin dronlardan səmərəli istifadə etməyi öyrəndiyini qeyd edib.
Şafferin sözlərinə görə, Zelenskiyə Ukrayna ordusunun üç mükəmməl möhkəmləndirilmiş müdafiə xəttini keçə biləcək səviyyədə döyüş gücünü artıra bilməyəcəyi deyilib.
Bu yaxınlarda Rusiyanın müdafiə naziri Sergey Şoyqu vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri bir ay ərzində 17 mindən çox insan və 2700-dən çox silah itirib.
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin sözlərinə görə, ABŞ və Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı başlatdıqları tükənmə müharibəsində məğlub olublar.