AZƏRBAYCAN XƏBƏRLƏRİ

XİN: Şəhidlərimizi dərin hörmət və minnətdarlıqla anırıq

Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 3 il ötür.
Sputnik
BAKI, 27 sentyabr - Sputnik. 30 illik işğala son qoyan 44 günlük Vətən müharibəsinin başladığı 27 sentyabr tarixi qəhrəmanlıq, vətənpərvərlik rəmzinə çevrilən oğul və qızlarımızın əziz xatirəsinin Anım Günüdür.
Bu barədə Xarici İşlər Nazirliyinin "X" səhifəsindəki paylaşımda bildirilib.
"Müqəddəs xatirələri qəlbimizdə əbədi yaşayan Şəhidlərimizi dərin hörmət və minnətdarlıqla anırıq", - paylaşımda deyilir.
Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 3 il ötür.
Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib