HADİSƏ

Xırdalanda sərnişin taksidə ölüb

Araz Əsgərov yolda olan zaman kəskin ürək ağrıları olduğunu deyəndən bir müddət sonra ölüb.
Sputnik
BAKI, 27 sentyabr - Sputnik. Abşeron rayonunda sərnişin taksidə ölüb.
APA xəbər verir ki, Atəş Babayevin idarə etdiyi "Kia Rio" markalı avtomobil Xırdalan şəhəri ərazisində hərəkətdə olarkən sərnişin 1973-cü il təvəllüdlü Araz Əsgərov ölüb.
Hadisə ilə bağlı meyitə baxış keçirilib.
Sürücünün bildirdiyinə görə, Araz Əsgərov yolda olan zaman kəskin ürək ağrıları olduğunu deyəndən bir müddət sonra ölüb.
Araşdırma aparılır.