BAKI, 27 sentyabr — Sputnik. Müdafiə Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursat barədə sentyabrın 27-si saat 17:00-a olan məlumatı açıqlayıb.
Siyahını təqdim edirik:
1. Atıcı silah və qumbaraatanlar - 1132
2. Artilleriya silahları - 61
3. HHM vasitələri - 235
4. Döyüş sursatları - 434295
5. Təchizat və ləvazimatlar - 2732
6. Optik və digər cihazlar - 231
7. Zirehli texnika - 26
8. Avtomobil texnikası - 125
9. Qoşqu - 21
Qeyd edək ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.
***
Müdafiə Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursat barədə sentyabrın 27-si saat 10:00-a olan məlumatı açıqlayıb.
Siyahını təqdim edirik:
1. Atıcı silah və qumbaraatanlar - 1105
2. Artilleriya silahları - 60
3. HHM vasitələri - 226
4. Döyüş sursatları - 425375
5. Təchizat və ləvazimatlar - 2721
6. Optik və digər cihazlar - 223
7. Zirehli texnika - 22
8. Avtomobil texnikası - 125
9. Qoşqu - 21
Xatırladaq ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub:
1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.