RUSİYA

Patruşev əs-Sisi ilə nə məqsədlə görüşüb?

Təhlükəsizlik və iqtisadi sahədə Rusiya-Misir əməkdaşlığı məsələləri müzakirə edilən mövzular arasında olub.
Sputnik
BAKI, 27 sentyabr — Sputnik. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Qahirəyə səfəri zamanı Misir prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən qəbul edilib.
Görüşdə iqtisadiyyat və təhlükəsizlik sahələrində əməkdaşlıq, bir sıra beynəlxalq problemlər müzakirə edilib.
"Təhlükəsizlik və iqtisadi sahədə Rusiya-Misir əməkdaşlığı məsələləri müzakirə edilən mövzular arasında olub. Moskva ilə Qahirə arasında BRİKS çərçivəsində əməkdaşlığa diqqət yetirilib. Bir sıra beynəlxalq problemlər ətrafında fikir mübadiləsi aparılıb", - deyə Rusiya Təhlükəsizlik Şurası məlumat yayıb.