AZƏRBAYCAN XƏBƏRLƏRİ

Müdafiə Nazirliyi Anım Günü ilə bağlı videoçarx hazırlayıb - VİDEO

Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 3 il ötür.
Sputnik
BAKI, 27 sentyabr - Sputnik. Müdafiə Nazirliyi Anım Günü ilə bağlı "Vətən uğrunda döyüşən hər bir əsgər Qəhrəmandır!" adlı videoçarx hazırlayıb.
Videoçarxda 44 günlük Vətən müharibəsi döyüşlərini əks etdirən görüntülər yer alıb.
Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 3 il ötür.
Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.