RUSİYA

Moskva Ermənistanla bütün razılaşmaların yerinə yetiriləcəyini gözləyir - Rusiya XİN

Rusiya XİN-in rəsmi nümayəndəsi deyib ki, ikitərəfli əməkdaşlığın inkişafına dair bütün sazişlər iki ölkə xalqlarının maraqları naminə həyata keçirilməyə davam edəcək.
Sputnik
BAKI, 27 sentyabr — Sputnik. Rusiya Ermənistanla münasibətlərlə bağlı verdiyi siqnalların respublika rəhbərliyi tərəfindən eşidiləcəyini və Moskva ilə İrəvan arasında bütün ikitərəfli razılaşmaların yerinə yetiriləcəyini gözləyir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
"Rusiya ilə Ermənistan arasında təmaslara gəlincə, onlar müxtəlif səviyyələrdə davam edir. Biz siqnallarımızın eşidiləcəyini və düzgün qəbul ediləcəyini gözləyirik. Rusiya Ermənistanla müttəfiqlik münasibətlərinə həmişə diqqətli olub", - diplomat vurğulayıb.
"Biz bildiririk ki, ikitərəfli əməkdaşlığın inkişafına dair bütün sazişlər iki ölkə xalqlarının maraqları naminə həyata keçirilməyə davam edəcək", - Rusiya XİN-in rəsmi nümayəndəsi əlavə edib.