BAKI, 27 sentyabr - Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesablarında 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib.
Paylaşımda deyilir:
"Vətən uğrunda həlak olmuş qəhrəmanlarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!".
Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 3 il ötür.
Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.