BAKI, 27 sentyabr - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.
Bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.
Tərəflər Qarabağdakı vəziyyəti, eləcə də erməniəsilli sakinlərin təhlükəsizliyini müzakirə ediblər.
Paşinyan və Makron ikitərəfli gündəlikdəki məsələlər barədə də fikir mübadiləsi aparıb.