Qarabağın dirçəlişi və reinteqrasiyası

Hikmət Hacıyev: “Azərbaycan heç kimi Qarabağı tərk etməyə məcbur etmir”

Onun sözlərinə görə, Qarabağı tərk etmək sakinlərin şəxsi və fərdi qərarlarıdır.
Sputnik
BAKI, 27 sentyabr - Sputnik. “Azərbaycan heç kimi Qarabağı tərk etməyə məcbur etmir”.
Report xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Qarabağı tərk etmək sakinlərin şəxsi və fərdi qərarlarıdır.
Prezidentin köməkçisi əlavə edib ki, antiterror tədbirləri zamanı Qarabağda mülki əhali və mülki infrastruktur hədəfə alınmayıb.